Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri Xudat dəmiryol stansiyasından 35 km aralıda yerləşir. «Qusar» sözü «hisar» qəbiləsinin adından yaranmışdır. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən bu rayonun ərazisinin 20%-i meşələrlə örtülmüşdür. Meşələrdə əsasən enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağacı bitir. Çayların sahili boyunca tuğay meşələri uzanır. Bu meşələrdə sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə və quşüzümü bitir, dərman bitkiləri və cır meyvələr də geniş yayılmışdır. Rayonun heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağ keçisi, quşlardan isə qızılquş, bayquş, və başqaları daha geniş yayılmışdır. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan «Əlistan baba»adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabaz və Laza şəlaləri rayonun fəxridir. Bu şəlalərin yuxarıdan şırıltı ilə axaraq, qar kimi ağ köpük yaradan suyun qeyri-adi mənzərəsi və günəşdə bərq vuran su dərmanları hər kəsi heyran edir. Rayonda tarixi abidələr qorunub saxlanılmışdır. Əniğ kəndini yaxınlığında XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndi yaxınlığında Şeyx Cüneyd məqbərəsi, Hil, Əniğ, Balaqusar, Yasab, Köhnə Xudat, Gündüzqala və başqa kəndlərdəki qədim məscidlər bu cür abidələrdir. İndi burada onun adını daşıyan muzeyi var. Rayon mərkəzində həmçinin mədəniyyət və istirahət parkı da var. Qusarda ekoloci turizm üçün hər cür şərait var. Ekoloci marşrutlarını üç istiqamətə bölmək olar: 1.Qusar - Laza istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Əniq kəndindəki tarixi abidələrə və tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə edirlər. Marşrutun sonunda «Suvar» istirahət bazasına çatandan sonra alpinizm həvəskarları Şahdağa çıxa bilərlər. 2.Qusar - Sudur istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Həzrə kəndində Şeyx Cuneydin məqbərəsinin ziyarət edə bilərlər. Bundan əlavə, bütün marşrut boyu onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin adət və ənənələri ilə tanış ola bilərlər. Marşrutun son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km aralıda, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Şahdağın yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı dağların fonunda yarananunudulmaz panoraması var. 3.Qusar - Qazanbulaq istiqaməti. Bu marşrutda ən maraqlı obyekt «Əlistan baba» fıstıq meşəsidir. Qusar rayonunda qədim xalq sənəti növlərindən xalçaçılıq, tikmə, ağac üzərində oyma sənətləri yaxşı inkişaf etmişdir. Harada qalmaq olar «Yurd» mehmanxanası Tel. 5 28 23. «Qara Bulaq» idman, sağlamlıq və istirahət mərkəzi Tel. 5 27 85, (50) 358 01 16, 330 02 02, 363 77 36. «Suvar» dağ turizmi zonası Tel. 5 36 71, (50) 353 92 66. Bakıda baş ofis Tel/Faks: 47 19 31, 47 19 39, 47 19 49 turistlərin yolunu gözləyir. Harada nahar etmək olar Rayon ecaskar guşələrində yerləşən «Şahnabad» Tel. 5 29 21, «Ləzginka», «Qayı bulaq», «Bənövşə», «Cənnət» restoranlarında dadlı yeməklər hazırlanır. Rayonda təmir xəmir xörəklərinə üstünlük verilir. «Çkan» yeməyi yalnız Qusar rayonunda bişirilir, qonaqlara göyərtidən hazırlanan «afar» (qutab şəklində) təklif edilir.