Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Xaçmaz

Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təçkil olunmuşdur. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Xaçmaz rayonu daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur Ulu öndərimiz 3 dəfə (1981, 1983 və 1998-ci ildə) Xaçmaz rayonunda olmuş, rayon Tarix-Diyarşünaslıq muzeyinin açılışını həyata keçirmiş (1981-ci il), Yalama-Nabran istirahət zonasının perspektivləri ilə tanış olmuş (1983-cü il), sadə zəhmət adamları və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmiş, rayonun kənd təsərrüfatının inkişafı məqsədi ilə öz dəyərli tövsiyyələrini vermişdir.
2010-cu ildə Xaçmaz rayonunun inzibati rayon kimi yaradılmasının 80 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə rayonun ictimai həyatında fərqlənən 12 nəfər xaçmazlıya müxtəlif fəxri adlar verilmişdir.