Qusar Dövlət Rəsm Qalereyası 1986-cı ildə rayonun Hil kəndində fəaliyyətə başlamışdır. 1998-ci ildə Qalereya Qusar şəhərinə köçürülmüşdür. Rəsm Qalereyasının fondu 152 əsərdən ibarətdir. Bunlardan 7 əsər heykəltaraşlığa, 34 əsər qrafikaya, 111 əsər isə boyakarliğa aiddir. Hal-hazırda qalereyanın ekspozisiya zallarında 40 əsər nümayış olunur. İl boyu qalereyarada iş planına uyğun olaraq müxtəlif mövzularda sərgilər keçirilir. Həmçinin qalereya səyyar sərgilər də təşkil edir.
(02338) 5-34-38
qalereya87@mail.ru