Qusar rayon Heydər Əliyev Mərkəzi 2012-ci il 16 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qusar rayonuna səfəri zamanı istifadəyə verilmişdir. .Ulu öndərin abidəsi Heydər Əliyev Xatirə Kompleksində ucaldılıb.Kompleksin ümumi ərazisi 2 hektardır. Ərazidə Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub.Xatirə Kompleksi ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Qusar rayonunda inşa edilən Heydər Əliyev Mərkəzi 2 mərtəbəlidir. Binanın tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadrat metrdir. Heydər Əliyev Mərkəzindəki 118 sayda foto və sənədlərdən ibarət eksponatlar Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.Muzeydə Ulu Öndər Heydər Əliyevin büstü də qoyulub. Mərkəzdə həmçinin 105 yerlik kinozal fəaliyyət göstərir.Zövqlə tərtib olunmuş kinozalda müasir akustika sistemi quraşdırılıb. Mərkəzdə iclas zalı yaradılıb, elektron kitabxana quraşdırılıb. Kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Burada kompüterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür.Mərkəzdə rəsm və xaçaçılıq dərnəkləri, nigah otağı yaradılıb.Mərkəzdə internet klub və kafe də fəaliyyət göstərir.
Mərkəzdə Heydər Əliyevin siyasi irsi sosial təbəqəsindən asılı olmayaraq geniş kütlələrə təbliğ olunur. İdeoloji işlə yanaşı burada bir sıra mədəni-kütləvi tədbirlər, sərgilər, yaradıcılıq gecələri və s. həyata keçirilir.
(02338) 5-58-14
neva.abdurahmanova@gmail.com