Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

09.05.2026

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Xaçmaz rayon mədəniyyət müəssisələrinin kollektivləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları Xaçmaz rayon Heydər Əliyev Mərkəzində olub, burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən muzey ekspozisiyası ilə tanış olublar.

Mərkəzdə iştirakçılara Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlər, həmçinin milli-mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib.