15.10.2025
14.10.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon MKS-nin mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il " Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir" adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabxana əməkdaşları və müəllimələr iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər vurqulayıblar ki, ölkəmizin müstəqilliyi və suverenliyi, xalqımızın ən böyük sərvətidir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə möhkəmlənən müstəqillik bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənərək dönməz xarakter alıb. Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib, azad edilmiş ərazilərimizdə dövlətimizin suveren hüquqları təmin olunub.
Çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın "Dövlət Suverenliyi Günü" elan edilməsinin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb. Bildirilib ki, bu qərar 2023-cü ilin sentyabrında aparılmış antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və Dövlət Suverenliyinin tam bərpa olunmasının məntiqi davamıdır. Bu , müasir tariximizdə yeni mərhələ açaraq xalqımızda qürur və iftixar hisslərini daha da gücləndirib.
Tədbir iştirakçıları həmçinin qeyd ediblər ki "Konstitusiya və Suverenlik ili" cərcivəsində keçirilən tədbirlər milli birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir, müstəqil dövlətçiliyimizin əbədi olacağına inamı daha da artırır.
Sonda 2025-ci il "Konstitusiya və Suverenlik ili" dir adlı sərgi və video çarx nümayiş etdirilib.