Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 Noyabr – Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib.

12.11.2025

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qusar rayon Komitəsi, Qusar rayon Mərkəzi Kitabxanası və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycan Konstitusiyasının əhəmiyyəti və onun cəmiyyətin inkişafında rolu müzakirə olunub.

Tədbir iştirakçıları qeyd ediblər ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Sonda mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb.