06.11.2025
06.11.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən mərkəzi kitabxananın oxu zalında “Hadrut sən azadsan!” adlı film nümayiş olunub. Filmin nümayişində kitabxana əməkdaşları, tələbələr, gənclər, fəal oxucular və başqaları iştirak edib. Film Azərbaycanın müasir tarixində qəhrəmanlıq və milli birlik rəmzinə çevrilən Hadrut əməliyyatını gələcək nəsillərə çatdıran mənəvi yaddaş nümunəsidir.