Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin uğurlu imzası” adlı tədbir təşkil olunub.

19.09.2025

19 sentyabr 2025-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsinin” 34-cü il dönümü ilə əlaqədar “Tarixin uğurlu imzası” adlı tədbir təşkil olunub. İlk öncə gələn qonaqlara Ümumilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Daha sonra tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, “Əsrin müqaviləsi” və onun icrası əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı  ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir.

Sonda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkdirilib.