
19.12.2025
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, idarənin şəbəkəsinə daxil olan müəssisələrin direktorları iştirak ediblər.
Görüş zamanı mövzu ilə bağlı Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova və Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev məruzə ilə çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, şəffaflığın və ictimai məsuliyyətin artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər təqdim olunub.
Keçirilən görüş korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsinə və bu istiqamətdə ictimai şüurun artırılmasına xidmət edib.